Avropa aviasiyasında geriləmə gözlənilir
Yaxın Şərqdə davam edən münaqişələrin 2026-cı ildə Avropada təxminən 110 min aviareysə təsir edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Avropa hava hərəkətinin idarə edilməsi agentliyi “Eurocontrol” uçuş sayının artımı ilə bağlı proqnozunu 2,7 faizdən 1,7 faizə endirib.
Buna səbəb kimi hava məkanındakı məhdudiyyətlər və yanacağın qiymətinin kəskin artması göstərilir. Agentlik aviasiya sektorunda bərpanın 2027-ci ildə başlayacağını gözləyir.
21:20 30.10.2026
Oxunuş sayı: 52