Almaniyada gənclər hökumətin siyasətinə etiraz edir
Almaniyada şənbə günü ölkə miqyasında gənclərin etiraz aksiyaları keçiriləcək. Təkcə Berlindəki mitinqə qatılmaq üçün 154 mindən çox insan qeydiyyatdan keçib, daha 30 şəhərdə də nümayişlər planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, etirazçılar təhsil və sosial xərclərin azaldılmasına, hərbi xidmətə çağırışa və nəzarət tədbirlərinin genişləndirilməsinə qarşı çıxırlar. Onlar yaşayış xərclərinin əlçatan olmasını və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsini tələb edirlər.
Polis mümkün zorakılıq hallarına qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Mühafizəkar siyasətçilər isə aksiyalara ekstremist qrupların nüfuz edə biləcəyini iddia ediblər. Müxalifət partiyalarının gənclər təşkilatları etirazlara dəstək veriblər.
20:19 30.10.2026
Oxunuş sayı: 57