Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü Türkiyəyə səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, İstanbulda keçiriləcək danışıqlarda Türkiyə-Ukrayna əməkdaşlığının gücləndirilməsi, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə olunacaq.
19:20 30.10.2026
Oxunuş sayı: 47