ABŞ Hörmüz boğazından 1,5 milyard bareldən çox neftin ixracına dəstək verib
ABŞ hərbi qüvvələri İranın neft ixracına qarşı blokadanı davam etdirərkən Fars körfəzi ölkələrinin Hörmüz boğazı vasitəsilə 1,5 milyard bareldən çox xam neft ixrac etməsinə dəstək göstərib.
Crossmedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə məlumat yayıb.
Komandanlığın açıqlamasına əsasən, ABŞ qüvvələrinin dəstəyi ilə 3 mindən çox kommersiya gəmisi Hörmüz boğazından keçib.
Bildirilib ki, ABŞ hərbçiləri Fars körfəzi ölkələrinin enerji resurslarını beynəlxalq bazarlara çıxarmasına yardım göstərməklə yanaşı, İranın neft ixracına tətbiq olunan blokadanı davam etdirirlər.
CENTCOM-un məlumatına görə, həyata keçirilən tədbirlər region ölkələrinin neft daşımalarının davam etdirilməsinə və strateji dəniz marşrutundan kommersiya gəmilərinin keçidinə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin əsas nəqliyyat marşrutlarından biridir. ABŞ-İran qarşıdurması fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi və neft daşımalarının fasiləsizliyi xüsusi əhəmiyyət daşıyır.
17:09 30.10.2026
Oxunuş sayı: 51