Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalında
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) buna nail olublar.
A.Djioyev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edib. G.Meşvildişvili eyni raundda Türkiyə idmançısı Hakan Büyükçınqıldan üstün olub.
Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
14:35 30.10.2026
Oxunuş sayı: 87