Mark Karni: Kanada Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək
Kanadanın Baş naziri Mark Karni Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini bildirərək Prezident Vladimir Putini Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Mark Karni bu barədə açıqlama verib.
Kanadanın Baş naziri Rusiya Prezidentinə ünvanlayacağı mesajı açıqlayaraq Moskvanın Ukraynadakı hərbi əməliyyatlarına son qoymasının vacibliyini vurğulayıb.
“Putinə mesajım belə olardı: Biz sanksiyaları sərtləşdirəcəyik. Ukraynadan çıxın. Müharibə cinayətlərinə son qoyun”, – deyə Karni bildirib.
Qeyd edək ki, Kanada hökuməti daha əvvəl də Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib, Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin davam etdiriləcəyini açıqlayıb.
13:44 31.10.2026
Oxunuş sayı: 50