Sanders İsrailə hərbi yardımın dayandırılmasını tələb edib
ABŞ senatoru Berni Sanders İsrailin Baş naziri Benyamin Netanyahu hökumətini sərt tənqid edərək Vaşinqtonu bu ölkəyə maliyyə və hərbi dəstəyi dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Berni Sanders bu barədə açıqlama verib.
Senator Netanyahu hökumətini ekstremist adlandıraraq onun Fələstin xalqına qarşı soyqırımı siyasəti həyata keçirdiyini iddia edib.
“Biz əmin olmalıyıq ki, İsraildəki Netanyahunun dəhşətli ekstremist hökuməti Fələstin xalqına qarşı soyqırımı siyasətini davam etdirmək üçün bir sent belə əlavə vəsait almasın”, – deyə Sanders bildirib.
Qeyd edək ki, senator daha əvvəl də ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını tələb edib və bu məqsədlə Konqresdə təşəbbüslər irəli sürüb.
12:10 31.10.2026
Oxunuş sayı: 57