Polşanın iki səfiri istefa verib
Polşanın Çin və Rumıniyadakı səfirləri ölkədə Konstitusiya Tribunalı ətrafında yaranmış siyasi böhran səbəbindən istefa veriblər.
Crossmedia.az xəbər verir ki, Polşanın "RMF24" nəşri bu barədə məlumat yayıb.
Polşanın Çindəki səfiri Yakub Kumox və Rumıniyadakı səfiri Pavel Solox istefa qərarlarını ölkədə Konstitusiya Tribunalı ətrafında yaranan vəziyyətlə əlaqələndiriblər.
Diplomatlar Baş nazir Donald Tusk hökumətinin Konstitusiya Tribunalının fəaliyyətinə müdaxiləsini qanunçuluq və konstitusion prinsiplərə zidd hesab edirlər.
Pavel Solox Tribunalın qanunsuz şəkildə nəzarətə götürülməsinə cəhd edildiyini iddia edərək vəzifəsini davam etdirməsinin mümkün olmadığını bildirib. O, istefası barədə Prezident Karol Navrotskiyə və xarici işlər naziri Radoslav Sikorskiyə məlumat verib.
Yakub Kumox da ölkədə baş verən hadisələr səbəbindən diplomatik fəaliyyətini davam etdirə bilməyəcəyini açıqlayıb.
Xarici işlər naziri Radoslav Sikorski isə Kumoxun qərarını qeyri-peşəkar addım kimi qiymətləndirib.
09:31 31.10.2026
Oxunuş sayı: 77