Kanada Ukraynaya 500 milyon avro ayıracaq
Kanada 2027-ci ildə Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Avropa İttifaqının 90 milyard avroluq kredit proqramına qoşulmağa razılıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Monrealda Kanada Baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında Ottavanın Ukraynanın maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Mark Karninin sözlərinə görə, Kanada Ukraynaya dəstək məqsədilə 500 milyon avro ayırmağı planlaşdırır.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından 2027-ci il üçün nəzərdə tutulan kredit vəsaitinin 10 milyard dollarının vaxtından əvvəl ayrılmasını istəmişdi. Lakin Avropa İttifaqı bu ödənişin sürətləndirilməsinin planlaşdırılmadığını bildirmişdi.
22:29 30.10.2026
Oxunuş sayı: 56