İlon Mask ABŞ tarixində ən böyük fərdi siyasi donor olub
İlon Mask 2026-cı il seçki dövründə ABŞ-da siyasi kampaniyalara 445 milyon dollardan çox vəsait ayıraraq ölkənin müasir tarixində ən böyük fərdi siyasi donor olub.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, Maskın 216 milyon dollardan çox vəsaiti özünün “America PAC” təşkilatına, 168 milyon dolları isə Respublikaçı Senat Liderlik Fonduna yönəlib.
Bu ianələr Respublikaçıların aralıq seçkilər üzrə kampaniyalarına maliyyə dəstəyi verib.
23:19 30.10.2026
Oxunuş sayı: 61