Aleşkidən 750 nəfərin təxliyəsi planlaşdırılır
Rusiyanın nəzarətində olan Aleşki şəhərindən 750 nəfərin 25 avtobusla təxliyəsi nəzərdə tutulur. Humanitar missiyanın uğurla başa çatdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova məlumat verib.
Onun sözlərinə görə, humanitar missiyanın iştirakçıları hazırda Armyansk şəhərindədir və Anapaya doğru hərəkət edirlər. Hər iki tərəf missiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Aleşki sakinlərinə Rusiyanın digər bölgələrinə köçmək və ya Belarus vasitəsilə Ukraynaya getmək imkanı təqdim olunub. Şəhərdə qalmaq istəyənlərə isə humanitar yardım paylanıb.
Ağır vəziyyətdə olan sakinlərin təxliyəsi üçün əraziyə doqquz təcili tibbi yardım avtomobili də göndərilib.
20:46 30.10.2026
Oxunuş sayı: 48