Peskov: Ukraynanın neft emalı zavodlarına zərbələri danışıqlara mane olmayacaq
Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələr Rusiya, ABŞ və Ukrayna arasında planlaşdırılan üçtərəfli danışıqların keçirilməsini sual altına qoymur.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması məqsədilə aparılan üçtərəfli danışıqlara hazırlıq döyüş əməliyyatlarının mütləq dayandırılmasını nəzərdə tutmur.
Peskov vurğulayıb ki, Ukraynanın Rusiya ərazisindəki neft emalı müəssisələrinə hücumları qarşıdakı danışıqların hazırlanmasına maneə hesab edilmir.
Peskovun sözlərinə görə, danışıqlar prosesinin bərpası hərbi əməliyyatların məhdudlaşdırılması barədə razılaşmanın əldə edilməsi demək deyil.
Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüşün dəqiq tarixi hələ açıqlanmayıb.
17:49 30.10.2026
Oxunuş sayı: 50