Erməni rəqqas Bakıya gəlib
Erməni rəqqas Arsen Aqamalyan Bakıya səfər edib.
Crossmedia.az xəbər verir ki, Arsen Aqamalyan bu barədə özü məlumat verib.
Rəqqas bildirib ki, qardaşı və bacısı hazırda Bakıda yaşayırlar.
Aqamalyan sosial şəbəkə hesabında paylaşım edərək Bakıda anadan olduğunu və uzun illərdir görmədiyi qohumları ilə görüşəcəyini qeyd edib.
O, həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə "Azerbaijan Dance Festival 2026" beynəlxalq rəqs festivalında iştirak etmək üçün paytaxta gəlib.
Bal rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu olan Aqamalyan Bakıda 37 ildir görmədiyi bacısı və qardaşı ilə görüşəcəyini bildirib.

09:26 31.10.2026
Oxunuş sayı: 65