Azərbaycanda axtarışda olan 129 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 30-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 129 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bu barədə məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslərdən 102-si borclu qismində axtarışda olub.
Ötən gün polis əməkdaşları tərəfindən 33 cinayətin açılması təmin edilib, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Həmçinin narkotik vasitələrlə bağlı 8, qanunsuz saxlanılan silah-sursatla əlaqədar isə 3 fakt aşkarlanıb.
10:10 31.10.2026
Oxunuş sayı: 51