Dmitriyev: Avropada vəziyyət qaydasında deyil
Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Polşada keçirilən etiraz aksiyalarını şərh edərək Avropanın ciddi problemlərlə üzləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kirill Dmitriyev bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Avropada vəziyyət qaydasında deyil: miqrantlar, müharibələrin qızışdırılması, iğtişaşlar və dövlət çevrilişləri. Günahlarınızı yuyun", – deyə Dmitriyev qeyd edib.
Polşada siyasi gərginlik Baş nazir Donald Tuskun hökumətində əvvəllər nazir vəzifəsində çalışmış Marçin Berekin Konstitusiya Tribunalının hakimi seçilməsi fonunda artıb.
Bununla əlaqədar son həftələr Konstitusiya Tribunalının binası qarşısında mütəmadi etiraz aksiyaları keçirilir.
Oktyabrın 30-da Tribunalın rəhbəri Boqdan Şvençkovskinin vəzifəsindən uzaqlaşdırılması siyasi qarşıdurmanı daha da gücləndirib.
Müxalifət nümayəndələri hökuməti məhkəmə sisteminə müdaxilədə ittiham edərək baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər. Hökumət isə addımlarını qanunun aliliyinin bərpası ilə əsaslandırır.
11:03 31.10.2026
Oxunuş sayı: 60