Azərbaycanda qadın sürücülərin sayı artıb
Azərbaycanda 2025-ci ildə sürücülük vəsiqəsi alan hər 5 nəfərdən təxminən biri qadın olub.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər – 2026” statistik məcmuəsində bu barədə məlumat verilib.
Ötən il ölkədə ümumilikdə 350 175 nəfər sürücülük vəsiqəsi alıb. Onlardan 65 696 nəfəri qadın olub.
Statistikaya əsasən, sürücülük vəsiqəsi alanların 18,8 faizini qadınlar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə cəmi 6 187 qadın sürücülük vəsiqəsi almışdı. Beləliklə, 17 il ərzində bu göstərici 10 dəfədən çox artıb.
10:27 31.10.2026
Oxunuş sayı: 59