Şimali Koreya Qərbin sanksiyalarına meydan oxuyub
Şimali Koreya Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları rədd edərək məhdudiyyətlərin ölkənin nüvə silahına malik dövlət statusuna təsir göstərməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, beynəlxalq təzyiqlər Pxenyanın mövqeyini dəyişdirməyəcək.
“Sanksiyalar və təzyiqlər zəiflərə təsir edə bilər, lakin bizə heç vaxt təsir etməyəcək”, – deyə nazirlik rəsmisi vurğulayıb.
Məlumata görə, 2018-ci ildən bəri Şimali Koreyanın nüvə arsenalı əhəmiyyətli dərəcədə genişlənib. Həmin dövrdə ölkənin 10–20 nüvə başlığına malik olduğu təxmin edilirdisə, hazırda bu göstəricinin təxminən 60-a çatdığı bildirilir.
ABŞ, Böyük Britaniya, Avstraliya və Cənubi Koreyanın daxil olduğu qrupun sanksiyaların icrası ilə bağlı birgə bəyanatı da Pxenyanın etirazına səbəb olub. Şimali Koreya bu bəyanatı suverenliyinə müdaxilə kimi qiymətləndirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 2006-cı ildən etibarən Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramlarının dayandırılmasına yönəlmiş qətnamələr qəbul edib.
13:05 31.10.2026
Oxunuş sayı: 87