Ukrayna "Patriot" raketlərini 2030-cu ildən sonra ala bilər
ABŞ-nin Ukraynaya satışını təsdiqlədiyi 500 ədəd "Patriot PAC-3 MSE" raketinin çatdırılmasına 2030-cu ildən sonra başlanacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, "Azadlıq Radiosu"nun (Radio Free Europe/Radio Liberty) Vaşinqton müxbiri Aleks Rauf oğlu bu barədə məlumat yayıb.
Jurnalist vəziyyətlə tanış mənbələrə istinadən bildirib ki, söhbət yeni istehsal olunacaq raketlərdən gedir. Bu səbəbdən onların Ukraynaya çatdırılması bir neçə il çəkə bilər.
Məlumata görə, raketlərin gecikməsi Ukraynanın qış mövsümü ərəfəsində hava hücumundan müdafiə vasitələrinə olan təcili ehtiyacının qarşılanmasını çətinləşdirəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya ümumi dəyəri təxminən 2,1 milyard dollar olan 500 ədəd "Patriot PAC-3 MSE" raketinin mümkün satışını təsdiqləyib.
Bununla belə, 2030-cu ildən sonrakı çatdırılma müddəti ABŞ rəsmiləri tərəfindən hələlik rəsmi təsdiqlənməyib.
14:52 31.10.2026
Oxunuş sayı: 49