Suriya Türkiyə və Pakistanın hərbi ittifaqına qoşulmaq istəyir
Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu “Məkkə Müdafiə Alyansı”na qoşulmaq imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, AFP agentliyi bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybaninin açıqlamasına istinadən məlumat yayıb.
Nazir Bəhreyndə keçirilən Manama Dialoqu təhlükəsizlik forumunda bildirib ki, ölkəsinin alyansa mümkün üzvlüyü ilə bağlı müzakirələr davam edir.
Söhbət strukturuna görə NATO-ya bənzədilən və Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan arasında yaradılmış müdafiə ittifaqından gedir.
Razılaşmaya əsasən, üzv dövlətlərdən birinə edilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndirilir.
Bununla belə, Dəməşq alyansa qoşulmaq üçün hələlik rəsmi müraciət etməyib və yekun qərar qəbul olunmayıb.
16:00 31.10.2026
Oxunuş sayı: 48