Zelenskidən Trampa irad: Putin ABŞ-dən təzyiq görmür
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərini ictimaiyyət qarşısında nümayiş etdirməsinin Moskvaya yanlış siqnallar göndərdiyini bildirib.
Zelenski açıqlamasında Trampın Putinlə münasibətlərinə və Vaşinqtonun Rusiyaya qarşı mövqeyinə münasibət bildirib.
Onun sözlərinə görə, Tramp Putinlə yaxşı münasibətlərini açıq şəkildə nümayiş etdirdikdə Rusiya lideri bunu hər şeyin qaydasında olduğu kimi qəbul edə bilər.
“Əgər Putin mediada Trampın onunla çox yaxşı münasibətlər nümayiş etdirdiyini görürsə, düşünəcək ki, hər şey qaydasındadır. Heç bir təzyiq yoxdur”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri hesab edir ki, ABŞ tərəfindən sərt siyasi mesajların verilməməsi Putində mövcud vəziyyətin onun xeyrinə olduğu təsəvvürünü yaradır.
“Biz təcavüzün pislənməsini tez-tez eşitmirik. Halbuki buna ehtiyacımız var”, – deyə Zelenski əlavə edib.
16:15 31.10.2026
Oxunuş sayı: 50