CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: professor

16:12 06.10.2026

Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb

62

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin şəxsi kolleksiyası yaradılıb. Crossmedia.az xəbər verir ki, alimin özü tərəfindən təqdim edilən kitab kolleksiyasında hazırda Azərbaycan və xarici dillərdə 224 nüsxə ədəbiyyat nümunəsi var. Onlardan 220-si kitab, 4-ü isə alimin məqalələrinin dərc olunduğu jurnallardır. Kolleksiyada Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı, tarix, fəlsəfə, dilçilik, milli-mədəni irs, ictimai-siyasi fikir və digər sahələrə dair qiymətli nəşrlər toplanıb. Onların sırasında “Heydər Əliyev və Şərq” çoxcildliyi, M. Seyidovun “İnamla, İlhamla sabaha doğru”, B. Sadıqovun “Dünyanın tanıdığı İlham Əliyev”, T. Salamoğlunun “Ədəbiyyat və siyasət”, “Heydər Əliyev və Ağcabədi”, A. Rəhimovun "Əsərlər"i 10 cilddə, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cilddən ibarət unikal çoxcildliyi, S. Əhmədlinin “İsa Həbibbəyli: milli ideologiya – Azərbaycançılıq”, S. Xəlilovun “İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri”, Ə. Əlibəyzadənin “Azərbaycan dilinin tarixi” ikicildliyi, S. Rzasoyun “Oğuz mifinin paradiqmaları”, M.Ə. Rəsulzadənin “Panturanizm. Qafqaz sorunu”, Ə. Ağaoğlunun “Seçilmiş əsərləri”, N. Muradoğlunun “Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri” və digərləri var.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR