NATO-nun gələcəyi ilə bağlı hüquqi təminat təklifi irəli sürüldü
Norveçli professor NATO-nun genişlənməsinin dayandırılması və Ukraynanın neytrallığının bərpası ilə bağlı öhdəliklərin hüquqi sənədlə təsdiqlənməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Norveçin Cənub-Şərqi Universitetinin professoru Qlen Dizen ABŞ dövlət katibi Marko Rubionun NATO və Ukrayna ilə bağlı bəyanatının hüquqi qüvvəyə malik sənədlə təsdiqlənməli olduğunu bildirib.
Dizenin fikrincə, NATO-nun genişlənməsinin dayandırılması və Ukraynanın neytral statusunun bərpası ilə bağlı yazılı hüquqi təminat verilərsə, müharibənin əsas səbəblərindən biri böyük ölçüdə aradan qaldırıla bilər.
Professor daha əvvəl NATO-nun strateji düşüncə tərzinin olmadığını iddia edib. O, həmçinin alyansın Rusiyanın mümkün cavab zərbələrinə görə məsuliyyət daşımağa hazır olmadığını bildirib.
18:03 07.10.2026
Oxunuş sayı: 53