Azərbaycanda Apple cihazlarına kütləvi kiberhücum cəhdləri qeydə alınıb
Azərbaycanda “Apple” cihazlarına kütləvi müdaxilə cəhdləri qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Milli Kibertəhlükəsizlik Agentliyi xəbərdarlıq edib.
Bildirilib ki, kibercinayətkarlar xarici nömrələrdən zənglər edir, həmçinin “WhatsApp” və “Telegram” vasitəsilə zərərli fayllar göndərirlər.
Qeyd olunub ki, köhnəlmiş iOS, iPadOS və macOS əməliyyat sistemləri ilə işləyən cihazlarda belə faylların açılması hakerlərə qurğulara və istifadəçilərin şəxsi məlumatlarına giriş imkanı verə bilər.
Agentlik “Apple” cihazlarında avtomatik yeniləmə funksiyasının aktivləşdirilməsini, proqram təminatının ən son versiyalarının quraşdırılmasını və naməlum mənbələrdən göndərilən faylların açılmamasını tövsiyə edib.
17:47 31.10.2026
Oxunuş sayı: 60