Tramp: Ukraynada müharibənin başa çatdırılması ilə bağlı razılaşmaya yaxınlaşırıq
ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasına yaxınlaşdıqlarını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Biz Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın imzalanmasına yaxınlaşırıq. Əvvəllər bunu heç vaxt deməmişdim, amma indi deyə bilərəm”, – deyə Tramp bildirib.
18:22 31.10.2026
Oxunuş sayı: 55