Ərdoğan Zelenski ilə İstanbulda görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbulda, Dolmabahçe Prezident Ofisində rəsmi mərasimlə qarşılayıb.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidentinin dəvəti ilə işgüzar səfərə gələn Zelenski ilə Ərdoğan əvvəlcə nümayəndə heyətlərini təqdim edib, daha sonra təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirib.
Görüşdə Türkiyənin müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Ukraynanın xarici işlər naziri Andrii Sibiha və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov da iştirak ediblər.
19:07 31.10.2026
Oxunuş sayı: 60