Fransada “Sarı jiletlilər”in aksiya marşrutu təsdiqlənib
Fransanın Dövlət Şurası Parisdə keçiriləcək “Sarı jiletlilər” etiraz aksiyalarının marşrutu ilə bağlı qərar verib. Məhkəmə həmkarlar ittifaqlarının Bastiliya və Nation meydanları arasında yürüş keçirilməsi ilə bağlı tələbini qəbul edən aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransanın Dövlət Şurası Parisdə keçiriləcək “Sarı jiletlilər” etiraz aksiyalarının marşrutu ilə bağlı qərar verib.
Məhkəmə həmkarlar ittifaqlarının Bastiliya və Nation meydanları arasında yürüş keçirilməsi ilə bağlı tələbini qəbul edən aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
Dövlət Şurası yürüşün hökumət nümayəndələrinin müəyyən etdiyi marşrut üzrə, şəhərin dairəvi yolu yaxınlığında, Bagnolet və Charenton qapıları arasında keçirilməsini təsdiqləyib.
Bununla yanaşı, Parisdə gecə saatlarında tətbiq edilən qismən komendant saatının ləğvi ilə bağlı da məhkəməyə müraciət edilib. “Vigie Liberté” təşkilatı noyabrın 2-dək qüvvədə olacaq məhdudiyyətin aradan qaldırılmasını tələb edib.
Qeyd edək ki, “Sarı jiletlilər”in etirazları yaşayış xərclərinin və yanacağın qiymətinin artmasına qarşı keçirilir. Aksiyalar zamanı ölkə üzrə təxminən 70 min hüquq-mühafizə əməkdaşının xidmətə cəlb edilməsi gözlənilir.
19:44 31.10.2026
Oxunuş sayı: 56