Ukrayna və Türkiyə birgə sənaye layihələri hazırlayır
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişlənəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə Türkiyədə keçirdiyi görüşlər zamanı danışıb.
O, iki ölkəni müdafiə sahəsində təbii müttəfiqlər adlandıraraq, əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Zelenskinin sözlərinə görə, hazırda tərəflər yeni birgə sənaye və digər iqtisadi layihələr üzərində işləyirlər.
20:13 31.10.2026
Oxunuş sayı: 51