Fransada sosial şəbəkədən istifadə üçün vergi istənilir
Fransada “YouTube”, “Netflix” və “TikTok” kimi böyük rəqəmsal platformaların istifadəçilərə ötürdüyü internet trafikinə görə vergi ödəməsi təklif olunub.
Crossmedia.az RTL-in məlumatına istinadən xəbər verir ki, deputatlar bu platformaların Fransadakı istifadəçilərə ötürdüyü hər 1 giqabayt məlumat üçün 5,5 avrosent vergi ödəməsini nəzərdə tutan təşəbbüslə çıxış ediblər.
Təşəbbüs müəlliflərinin hesablamalarına əsasən, yeni vergi dövlət büdcəsinə ildə 10 milyard avroyadək gəlir gətirə bilər. Bununla yanaşı, şirkətlərin əlavə xərcləri istifadəçilərin üzərinə yönəltməsi ehtimalı da var.
Qeyd edək ki, təklif olunan düzəliş hələ qanun qüvvəsinə minməyib. Təşəbbüs büdcənin müzakirəsi çərçivəsində növbəti baxış mərhələlərindən keçməlidir.
18:12 31.10.2026
Oxunuş sayı: 71