Şəkidə çaqqal 51 yaşlı qadına hücum edib
Şəkinin İnçə kəndində çaqqal fərdi yaşayış evinin həyətinə daxil olaraq 51 yaşlı qadını dişləyib.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün kənd ərazisində qeydə alınıb. Həyətə daxil olan çaqqal ev sahibi Könül Abdurəhmanovanın sol bud nahiyəsindən dişləyərək ona xəsarət yetirib.
Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan qadına Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsində lazımi tibbi yardım göstərilib.
Quduzluq əleyhinə peyvənd vurulan qadın ambulator müalicə üçün evə buraxılıb. ( Qafqazinfo.az)
22:33 31.10.2026
Oxunuş sayı: 66