Rubio və Lavrov Putin-Tramp görüşünün mümkünlüyünü müzakirə edib
ABŞ və Rusiya xarici işlər nazirləri Marko Rubio və Sergey Lavrov noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində Vladimir Putin və Donald Tramp arasında mümkün görüş məsələsini qısa şəkildə müzakirə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Marko Rubio Lavrovla söhbət zamanı iki ölkə liderinin gələn ay keçiriləcək sammitdə görüşmək ehtimalını müzakirə etdiklərini bildirib.
APEC sammiti 18-19 noyabr 2026-cı il tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək. Tədbir təşkilata üzv ölkələrin liderlərinin 33-cü qeyri-rəsmi görüşü olacaq.
Qeyd edək ki, sentyabr ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli görüş ehtimalını müzakirə etdiyini açıqlamışdı.
21:17 31.10.2026
Oxunuş sayı: 51