Dövlət Bağçalı Azərbaycana dəvət olunub
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Azərbaycana səfəri gündəmdədir.
Crossmedia.az xəbər verir ki, bu barədə MHP sədrinin baş müşaviri və partiya İdarə Heyətinin üzvü Esma Özdaşlı “Modern.az”a açıqlamasında məlumat verib.
O bildirib ki, Dövlət Bağçalının iş qrafiki hazırda olduqca sıxdır. Bununla belə, Azərbaycana səfər dəvəti diqqətlə müzakirə olunub və səfərlə bağlı yekun qərar veriləcək.
Esma Özdaşlı, həmçinin Dövlət Bağçalının Azərbaycana dəstəyini xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini qeyd edib.
21:53 31.10.2026
Oxunuş sayı: 50