Finlandiyada hər 10 nəfərdən biri işsizdir
Finlandiya 2026-cı ilin sentyabrında Avropa İttifaqı ölkələri arasında işsizlik səviyyəsinə görə ilk sırada qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Finlandiyada iqtisadi fəal əhalinin 10,5 faizi işsiz olub. Bu göstərici Aİ üzrə orta işsizlik səviyyəsindən (6,2 faiz) xeyli yüksəkdir.
Siyahıda ikinci yeri 10,3 faizlə İspaniya, üçüncü yeri isə 8,7 faizlə İsveç tutub.
İşsizlik səviyyəsinin ən aşağı olduğu ölkə isə Çexiyadır. Burada göstərici 2,8 faiz təşkil edib.
23:46 31.10.2026
Oxunuş sayı: 56