İran ABŞ ilə danışıqların şərtini açıqladı
İran ABŞ ilə birbaşa və ya dolayı danışıqların aparılması barədə qərarı Vaşinqton Tehranın şərtlərini qəbul etdikdən sonra verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“ABŞ ilə birbaşa, yoxsa dolayı danışıqlar aparacağımıza Vaşinqton bizim şərtlərimizi qəbul etdikdən sonra qərar verəcəyik”, – deyə nazir qeyd edib.
09:10 01.11.2026
Oxunuş sayı: 60