Tramp Halloween şənliyində özünü təqlid etdi
ABŞ Prezidenti Donald Tramp Halloween bayramı münasibətilə təşkil olunan tədbirə öz obrazında qatıldığını zarafatla bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Trampın Florida ştatındakı “Mar-a-Laqo” malikanəsində keçirilən Halloween şənliyi zamanı jurnalistlərlə söhbətində geyimi ilə bağlı zarafat etdiyi bildirilir.
“Bu insanlar çox vaxt və pul xərcləyiblər. Varlı insanlardır, hazırlaşmağa doqquz saat sərf ediblər. Mənə isə 10 dəqiqə lazım oldu. Buna görə də bu gün Donald Tramp obrazında gəlmişəm”, – deyə ABŞ Prezidenti bildirib.
09:54 01.11.2026
Oxunuş sayı: 54