Binance oğurlanan kriptoaktivlərin 90 faizini kompensasiya edib
Binance kriptovalyuta birjası kiberhücum nəticəsində oğurlanan aktivlərdən yaranan itkilərin 90 faizini kompensasiya etdiyini açıqlayıb. Şirkət zərərin qalan hissəsini də qarşılamaq üçün bazar və birjadankənar (OTC) kanallar vasitəsilə aktivlərin alınmasını davam etdirir. Binance istifadəçilərin bütün itkilərinin tam şəkildə şirkət tərəfindən qarşılanacağını vəd edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Binance şirkətinin yaydığı açıqlamada bildirilib.
Şirkətin məlumatına görə, zərərçəkən istifadəçilərə kompensasiya ödənilməsi üçün öz vəsaitlərindən 6,34 milyard dollardan çox məbləğ ayrılıb. Əvvəlcə itkilərin təxminən 80 faizi qarşılanıb, son açıqlamada isə bu göstəricinin 90 faizə çatdığı qeyd olunub.
Binance Bitcoin (BTC), Ethereum (ETH), Tether (USDT), BNB, Solana (SOL), USD Coin (USDC), XRP, USD1, RLUSD və Zcash (ZEC) aktivləri ölkə ərazisində aktivləri üzrə kompensasiyanın tam təmin edildiyini bildirib. Qarşılanmamış 10 faizlik hissə isə likvidliyi aşağı olan digər tokenlərdən ibarətdir.
Şirkət bütün tokenlər üzrə kompensasiya səviyyəsi 100 faizə çatana qədər alışları davam etdirəcəyini açıqlayıb. Növbəti prioritetin istifadəçilər üçün pul çıxarma xidmətinin bərpası olduğu bildirilib. Binance bu xidmətin noyabrın 1-də yenidən açılması planına sadiq qaldığını vurğulayıb.
Bundan əlavə, birja yeni ehtiyat sübutu hesabatını yayımlayıb. İstifadəçilər sıfır bilik sübutu texnologiyası vasitəsilə aktivlərinin ən azı 1:1 nisbətində təmin olunduğunu müstəqil yoxlaya biləcəklər.
Qeyd edək ki, Binance daha əvvəl təhlükəsizlik pozuntusunun təxmini həcminin 6,3 milyard dollar olduğunu və təxminən 3 milyard dollar dəyərində aktivin dondurulduğunu açıqlamışdı.
06:34 01.11.2026
Oxunuş sayı: 52