Tramp İrana mümkün hücumdan danışdı: Bunu 10 dəqiqəyə edə bilərik
Donald Tramp ABŞ-nin İranda bir və ya iki obyektə zərbə endirmək planının olduğunu və bunun cəmi 10 dəqiqə ərzində həyata keçirilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun açıqlaması Ağ Evin “Rapid Response 47” adlı rəsmi “X” hesabında yayımlanıb.
“Biz onların nüvə silahlarını məhv etdik. Hələ bir və ya iki obyektlə bağlı məsələni həll etməliyik. Ancaq bunu 10 dəqiqəyə edə bilərik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti bu həftə İrana qarşı zərbələrin bərpa olunub-olunmayacağı ilə bağlı suala da münasibət bildirib.
“Bu qədər axmaq sualı niyə verirsiniz? Tutaq ki, mən yenidən qayıdacağam. Sizə bunu əvvəlcədən deyəcəyimi düşünürsünüz?”, – deyə o, cavab verib.
09:38 01.11.2026
Oxunuş sayı: 50