Ukrayna və Türkiyə Qara dəniz yeni dəhliz üzrə razılığa gəlib
Ukrayna və Türkiyə Qara dəniz Taxıl Dəhlizinin fəaliyyətinin təmin edilməsi istiqamətində birgə işləmək barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirdiyi görüşdən sonra məlumat verib.
Zelenski bildirib ki, əsas məqsəd dəhlizin fəaliyyətini davam etdirməsi və təhlükəsiz gəmiçiliyin təmin olunmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq genişləndiriləcək.
Ukrayna lideri həmçinin Türkiyə ilə müdafiə sənayesi, enerji, infrastruktur və iqtisadi layihələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tərəflər arasında Azad Ticarət Sazişi də oktyabrın 1-dən qüvvəyə minib. 
14:25 01.11.2026
Oxunuş sayı: 63