Merts: “Avropada istehsal” avtomobil planı Asiya ölkələrində narahatlıq yaradıb
Almaniya kansleri Fridrix Merts Fransa və Almaniyanın irəli sürdüyü “Made in Europe” (“Avropada istehsal”) avtomobil planının Sinqapur, Yaponiya və Cənubi Koreyada ciddi narahatlıq doğurduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merts bu barədə açıqlamasında danışıb.
Kanslerin sözlərinə görə, sözügedən planla bağlı narahatlıqları noyabrın 13-də keçiriləcək Avropa İttifaqının sammitində gündəmə gətirəcək.
15:31 01.11.2026
Oxunuş sayı: 60