Zelenski: Putinlə görüşməyə hazıram
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə CNN Türk telekanalına müsahibəsində danışıb. O, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün diplomatik prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Türkiyə mümkün sülh danışıqlarının keçirilməsi üçün mühüm platforma ola bilər. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfi ilə müzakirələr aparacağını da qeyd edib.
Zelenski bildirib ki, görüşün formatı, vaxtı və necə təşkil olunacağı Ərdoğanın qərarından asılıdır.
13:58 01.11.2026
Oxunuş sayı: 56