Ukrayna NATO-ya niyə üzv ola bilməz? - Rusiya açıqladı
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, bu məsələdə əsas maneələrdən biri Rusiya Prezidenti Vladimir Putinin belə bir qərarla razılaşmayacağıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Rubionun açıqlamasına görə, Ukraynanın NATO-ya üzvlüyü yaxın perspektivdə real görünmür və Rusiya tərəfinin buna razılıq verməsi gözlənilmir.
ABŞ dövlət katibi, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması istiqamətində razılaşmanın əldə olunması ilə bağlı nikbin olmadığını bildirib. Onun qiymətləndirməsinə görə, 2027-ci ilin yazına qədər belə bir razılaşmanın əldə olunması ehtimalı aşağıdır.
Ukraynanın NATO-ya üzvlüyü müharibənin başa çatdırılması ilə bağlı müzakirələrdə əsas məsələlərdən biri olaraq qalır. Bununla belə, alyansa yeni üzvün qəbul edilməsi üçün bütün NATO üzvlərinin razılığı tələb olunur.
12:17 01.11.2026
Oxunuş sayı: 57