İran: Təhdidlərə qarşı coğrafi sərhəd tanımadan cavab verəcəyik
İran silahlı qüvvələrinin hərbi hazırlıq səviyyəsi və döyüş imkanları ölkəyə qarşı mümkün təhdidlərə coğrafi sərhəd məhdudiyyəti olmadan cavab verə bilmək məqsədilə sürətlə artırılır.
Crossmedia.az xəbər verir ki, İranın müdafiə naziri Mehrdad Əlaki Kitabçı ölkəsinin hərbi hazırlığı ilə bağlı açıqlama verib.
Nazir bildirib ki, İran lideri Müctəba Xameneinin göstərişləri doğrultusunda silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
Kitabçı İran Silahlı Qüvvələrinin ağıllı döyüş imkanlarını artırmaq istiqamətində qətiyyətlə irəlilədiyini vurğulayıb.
O qeyd edib ki, ölkənin silahlı qüvvələrinin döyüş potensialı istənilən coğrafi ərazidə cavab verə biləcək səviyyəyə çatdırılır.
“Silahlı qüvvələrimizin döyüş gücünü coğrafi sərhəd tanımadan cavab verə bilmək üçün sürətlə artırırıq. Nə qəfil yaxalanacağıq, nə də dayandırılacağıq. İstənilən hücuma uyğun, qətiyyətli və təsirli cavab veriləcək”, – deyə nazir bildirib.
Kitabçı əlavə edib ki, İran təhdidlər qarşısında hazırlıqsız qalmayacaq, təzyiqlər qarşısında geri çəkilməyəcək və elm, texnologiya sahəsində inkişaf yolunda başqalarının iradəsindən asılı olmayacaq.
15:14 01.11.2026
Oxunuş sayı: 53