G20 liderlərinin Mayami sammitində iki əsas məsələ müzakirə ediləcək
Dekabrda Mayamidə keçiriləcək G20 ölkələri liderlərinin sammitində iqtisadi artım və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qurum qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio beynəlxalq forum iştirakçılarının diqqətini təşkilatın fundamental missiyasına yönəldib.
"ABŞ dekabr ayında Mayamidə keçiriləcək G20 liderlərinin sammitində tərəfdaşlarımızla birlikdə bu səyləri davam etdirəcək", – deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, 2026-cı ildə "Böyük iyirmilik" (G20) təşkilatına ABŞ sədrlik edir. Təşkilat çərçivəsində keçiriləcək tədbirlər dekabrın 14-15-də Mayami yaxınlığında baş tutacaq sammitlə yekunlaşacaq.(Report)
20:12 01.11.2026
Oxunuş sayı: 59