Vəba və hepatit təhlükəsi: XƏBƏRDARLIQ
Kiyevdə yeddi gün ərzində su təchizatı və kanalizasiya sistemi fəaliyyət göstərməsə, vəba və hepatit A da daxil olmaqla təhlükəli infeksiyaların yayılması riski yarana bilər.
Crossmedia.az bu barədə Ukrayna Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına istinadən xəbər verir.
Mütəxəssislər bildiriblər ki, kanalizasiya nasos stansiyalarının uzun müddət işləməməsi və su təchizatının dayanması infeksiyaların yayılması üçün əlverişli şərait yaradır. Xəstəliklər çirkli əllər və məişət əşyaları vasitəsilə yayıla bilər.
Əsas risklər sırasında vəba, qarın yatalağı, dizenteriya, salmonellyoz, hepatit A, rotavirus və norovirus infeksiyaları göstərilib.
Mütəxəssislərin bildirdiyinə görə, hələlik belə yoluxma halları və ya infeksiya ocaqları qeydə alınmayıb. Lakin su təchizatının uzun müddət kəsilməsi və kanalizasiya sisteminin fəaliyyətində yaranan problemlər epidemioloji riskləri artıra bilər.
20:53 01.11.2026
Oxunuş sayı: 53