Almaniyanın qaz ehtiyatları qış öncəsi hədəfdən geri qalıb
Almaniyada qış mövsümü ərəfəsində qaz anbarlarının doluluq səviyyəsi müəyyən edilmiş hədəfdən aşağı qalıb.
Crossmedia.az xəbər verir ki, Bloomberg bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, oktyabrın 30-na olan vəziyyətə əsasən, Almaniyanın qaz ehtiyatları 61,17 faiz təşkil edib. Halbuki müəyyən edilmiş hədəf göstərici təxminən 70 faiz olub.
Bununla yanaşı, yaxın günlərdə ölkədə havanın soyuyacağı gözlənilir. Temperaturun aşağı düşməsi qaz istehlakının artmasına səbəb ola bilər.
18:45 01.11.2026
Oxunuş sayı: 63