"Kəpəz" "İmişli" üzərində qələbə qazandı
Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz" doğma meydanda "İmişli" ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Kəpəz" turun oyununda 3 xal əldə edib.
Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.
"Kəpəz" 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. "İmişli" isə 10 xalla səkkizincidir.
19:44 01.11.2026
Oxunuş sayı: 54