Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Ölkə bu müddətdə Ukraynadakı vəziyyəti əsas prioritetlərindən biri kimi müəyyənləşdirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə Latviyanın BMT-dəki səfiri Sanita Pavluta-Deslandesin açıqlamasına istinadən məlumat yayıb.
Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurasına sədrlik Latviyaya öz maraq və dəyərlərini müdafiə etmək, beynəlxalq aləmdə tanınmasını artırmaq və məsuliyyətli mövqeyini nümayiş etdirmək imkanı verəcək.
Pavluta-Deslandes bildirib ki, ölkənin əsas məqsədi milli təhlükəsizliyi gücləndirməkdir. Onun fikrincə, Ukraynaya dəstək də bu məqsədə xidmət edə bilər.
Qeyd edək ki, Latviyanın keçmiş xarici işlər naziri Yanis Yur kans daha əvvəl Avropa adından Rusiya ilə danışıqları Baltikyanı ölkələrdən birinin nümayəndəsinin aparmasını təklif etmişdi. O, Latviyada rus dilini bilən və rus xalqını tanıyan insanların çox olduğunu bildirmişdi.
19:15 01.11.2026
Oxunuş sayı: 51