Sumqayıtda KIA markalı avtomobil qaz xəttinə çırpılıb
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. KIA markalı minik avtomobili qaz xəttinə çırpılıb. Hadisə nəticəsində həm qaz xəttinə, həm də avtomobilə ciddi ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan KIA markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil əvvəlcə qaz xəttinə çırpılıb, daha sonra səkiyə çıxıb.
Faktla bağlı araşdırma aparılır.(Teleqraf)
20:23 01.11.2026
Oxunuş sayı: 52