Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləş millisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında daha bir medal qazanıb. Ali Tsokayev (92 kq) debüt etdiyi mundialı bürünc medalla başa vurub.
Crossmedia.az xəbər verir ki, güləşçimiz üçüncü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabı ilə qalib gəlib.
Digər Azərbaycan təmsilçilərindən İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda qarşılaşmada rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub.
Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə kosovolu Eqzon Xonini 7:0, tacikistanlı Viktor Rassadini isə 2:2 hesablı qarşılaşmada xalların keyfiyyətinə görə məğlub edərək bürünc medal uğrunda görüşə yüksəlib. Lakin o, həlledici qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiyə 0:11 hesabı ilə uduzub.
Cəbrayıl Hacıyev (79 kq) isə üçüncü yer uğrunda görüşdə Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabı ilə məğlub olub. (Report.az)
21:05 01.11.2026
Oxunuş sayı: 48