Trampın prezidentlik müddətinin sonunadək vəzifədə qalmaq istəyir
ABŞ-nin müdafiə naziri Pit Heqset Donald Trampın prezidentlik müddətinin sonunadək vəzifəsində qalmağı planlaşdırır. O, Demokratların Konqresdə nəzarəti ələ keçirməsi və barəsində araşdırmalar aparması ehtimalına baxmayaraq istefa vermək niyyətində deyil. Heqsetin qarşıdakı iki il üçün əsas hədəfləri arasında yeni ABŞ hərbi bazasının yaradılması və müasir silah sistemlərinin orduya daxil edilməsi var.
Crossmedia.az xəbər verir ki, bu barədə Heqsetin mövqeyi ilə tanış olan şəxslərə istinadən məlumat yayılıb.
Məlumata görə, müdafiə naziri Konqresdə nəzarətin güclənəcəyinə və siyasi təzyiqlərin artacağına hazırlaşır. Buna baxmayaraq, o, vəzifəsini tərk etməyi planlaşdırmır.
Heqsetin növbəti iki il ərzində ABŞ ordusunun hərbi imkanlarını genişləndirməyə və yeni texnologiyaların tətbiqinə diqqət yetirəcəyi bildirilir.
21:15 01.11.2026
Oxunuş sayı: 50