Zelenski: Təhlükəsiz zəmanətləri Rusiyanın nəyinə lazımdır?
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təhlükəsizlik zəmanətləri tələb etməsini sual altına alıb. O, hücuma məruz qalan tərəfin Ukrayna olduğunu və təhlükəsizlik təminatlarına ehtiyac duyan ölkənin də məhz Ukrayna olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlama verib.
“Son vaxtlar Rusiya da təhlükəsizlik zəmanətləri istədiyini bildirir. Amma təcavüzkar tərəf onlardır. Onlar kimin hücumundan qorxurlar? Bizdənmi qorxurlar? Bunu başa düşmürəm. Hücuma məruz qalan bizik və təhlükəsizlik zəmanətlərinə ehtiyacı olan da bizik”, – deyə Ukrayna lideri vurğulayıb.
21:48 01.11.2026
Oxunuş sayı: 73